Suriyanın informasiya naziri Həmzə Mustafa xəbərdarlıq edib ki, İsrail cənubundakı Süveyda şəhərində yerli druz lideri Hikmət əl-Hicriyə dəstək verməklə Suriyanı parçalamağa çalışır.
Nazir Həmzə Mustafa bildirib ki, İsrail cənubdakı Süveyda şəhərində druzların lideri Hikmət əl-Hicriyə dəstək verməklə Suriyanı parçalamağa və bölgədə kanton tipli idarəçilik yaratmağa çalışır.
Suriyanın informasiya naziri Həmzə Mustafa “Anadolu” agentliyinə verdiyi müsahibədə “İsrail vahid və sabit Suriya istəmir. Ölkəni parçalanmış və qeyri-sabit saxlamaq siyasətini davam etdirir. Təəssüflər olsun ki, bəzi yerli aktyorlar da dar siyasi mülahizələrə əsaslanan İsrail siyasətlərinə xidmət edir” deyib.
Mustafa bildirib ki, Süveydada son atəşkəs ABŞ və bir sıra digər ölkələrin vasitəçiliyi ilə əldə olunub. Xüsusilə də İsrailin Dəməşqə hücumlarından sonra siyasi həll üçün zəmin qoyuldu. Süveydada təqdim edilən siyasi həllər dövlətin təklif etdiyi həllər idi.
Nazir bildirib ki, Dəməşq hökumətinin Süveydada əməliyyat keçirmək niyyəti yoxdur. O, son 6 ay ərzində müxtəlif siyasi və hərbi qruplaşmalarla, o cümlədən Hecri qruplaşması ilə danışıqlar aparıldığını və bu proses zamanı bəzi güzəştlərin edildiyini, məsələn, Süveyda gənclərinin ictimai asayişi qoruyacağı fikrini qeyd edib.
Həmzə Mustafa onu da qeyd edib ki, Druz və Bədəvi qəbilələri arasında illərlə davam edən sosial gərginlik yarandıqda Dəməşq hökuməti iki variantla üzləşdi. Dövlət ya müdaxilə etdi, ya da neytral qaldı və potensial nəticələrlə üzləşdi. Bu kontekstdə Süveydaya hərbi müdaxilə planlaşdırılmış əməliyyat deyildi.
Atəşkəsin yazılı razılaşmadan daha çox qarşılıqlı anlaşmaya əsaslandığını bildirən Mustafa “Atəşkəs üç mərhələdə həll oluna bilər. Birincisi, döyüşlərin dayandırılması və təhlükəsizlik qüvvələrinin şəhər mərkəzindən çıxarılması. İkinci mərhələdə qəbilə qruplarının şəhərdən çıxarılması və dövlətin kəndlərdə yenidən yerləşdirilməsi, son olaraq əsas ərzaq və yanacaq ehtiyaclarının ödənilməsi, rabitə və internet infrastrukturunun bərpası” deyib.
Prosesin izlənəcəyini vurğulayan Mustafa “Hecri qrupuna sadiq ünsürlər ilk günlərdə atəşkəsi pozmağa cəhd etsə də, ikinci və üçüncü günlərdə atəşkəs stabilləşdi” deyə vurğulayıb.
“Yardımların qarşısının alınması ilə bağlı iddialar əsassızdır”
Suriyanın informasiya naziri Həmzə Mustafa dövlətin Süveydaya humanitar yardım çatdırmağa davam etdiyini və məzhəb və ya icma baxımından hərəkət etmədiyini bildirib. O, əlavə edib: “Hecri və buna bənzər qruplar isə sadəcə olaraq separatçı və dar düşüncəli yanaşmalarla öz hekayələrini yaratmağa çalışırlar. Onlar da sanki dövlət yardımını çatdırmaq məsuliyyətini öz üzərlərinə götürüblər. Ticarətdə müəyyən çətinliklər olsa da, humanitar yardımlar heç vaxt kəsilməyib”.
H.Mustafa Hicri qruplaşmasını təsirini artırmaq üçün yardımları öz nəzarətinə götürməkdə ittiham edərək, “Hecri qruplaşması Süveydanın gələcəyini təhlükə altına alır. “Yardım mühasirəsi” kimi ritorika heç bir əsl suriyalı üçün qəbuledilməzdir. Onlar dövlətin göndərdiyi yardıma nəzarət edir, ondan öz sədaqətlərini satın almaq və müxalifəti cəzalandırmaq üçün istifadə edirlər” deyib.
Hökumətin Süveydanı mühasirəyə alması ilə bağlı ittihamları rədd edən Mustafa bildirib ki, artıq beynəlxalq təşkilatları bölgəyə dəvət edirik və onların koordinasiyası ilə yardım çatdırılır. Yardım axınını tamamilə əngəlləyən Hecri qruplaşmasıdır. “Blokada” ifadəsi separatçı və siyasi təcrid məqsədilə istifadə olunur”.
Netanyahu bölgəni riskə atdı
Nazir Həmzə Mustafa İsrailin Baş naziri Benyamin Netanyahunu şəxsi siyasi mənfəətləri üçün bölgədə sabitliyi pozmaqda günahlandıraraq, “Netanyahu amansızcasına bölgəni siyasi gələcəyi üçün riskə atdı. Qəzza məsələsi İsrailin Qərb müttəfiqləri ilə münasibətlərini humanitar böhran həddinə çatdırdı.
İsrail yeni Suriyanın varlığına müsbət baxmır. Buna görə də Suriyanı parçalanmış və qeyri-sabit saxlamaq siyasətini davam etdirir. Təəssüf ki, İsrail daxilində bəzi partiyalar dar siyasi mülahizələrə əsaslanan İsrailin bu siyasətlərini dəstəkləyir. İsrail heç vaxt druzları qorumaq üçün müdaxilə etməyib. İsrail işğal olunmuş Fələstində bəzi druz qruplarını dəstəklədiyini iddia etsə də, ümumilikdə cəmiyyətə zülm edir.
Suriyalı druzların böyük əksəriyyətinin diqqət mərkəzində Dəməşq var. İsraili həmişə işğalçı kimi görüblər” deyib.
ABŞ-ın rolu və siyasi dialoq
H.Mustafa bildirib ki, ABŞ DEAŞ-ın son məğlubiyyətində və İranın təsirinə qarşı mübarizədə Dəməşqlə ortaq maraqlarına görə Suriyanın sabitliyində maraqlıdır.
Suriyanın hər zaman öz suverenliyini qorumaq üçün cəhd etdiyini və bütün əlaqələrdə qarşılıqlı hörmət əsasında fəaliyyət göstərdiyini bildirən Mustafa “ABŞ-ın Süveydadakı rolu dəstək verməkdir” deyib.
Bölgədəki qarşıdurma zamanı baş vermiş pozuntular barədə suala cavabında Mustafa bildirib ki, əksər videogörüntülərdə hökumət qüvvələri göstərilmir, lakin o, cavabdehliyin vacibliyini vurğulayıb.
“Hökumət tərəfindən pozuntular varsa, onların üzə çıxarılması çox vacibdir. Çünki yeni Suriya üçün hər bir Suriya vətəndaşı dəyərlidir və onların itkisi ölkənin itkisidir” deyən Mustafa prezident Əhməd Şaraanın hadisələri araşdırmaq üçün “fakt araşdırma komissiyası” yaradılmasına göstəriş verdiyini qeyd edib.
Dövlətin mətbuat azadlığına dəstəyini vurğulayan Mustafa “Hökumət səhvlərini etiraf etmək cəsarəti və bacarığına malikdir” deyib.
“Tədbirlər zamanı mediaya məhəl qoymamaq və ya seçici davranmaq qısa müddətdə bəzi qrupların işinə yaraya bilər, lakin bu, uzunmüddətli perspektivdə təsirli olmayacaq və ya nəticə verməyəcək. Biz xalqdan doğulmuş və xalqa xidmət edən bir hökumət olaraq mətbuat azadlığına və düzgün xəbərçiliyə inanırıq. Baş vermiş qanun pozuntularını media sənədləşdirib”, -deyə nazir qeyd edib.
Suriyanın çətin bir keçid dövründən keçdiyini, dövlətin və peşəkar ordunun yenidən qurulma mərhələsində olduğunu bildirən Mustafa “İctimai parçalanmaların nifrət və düşmənçilik doğurduğunu bilirik. Bu səbəbdən pozuntuları açıq şəkildə pislədik, məsuliyyətə çağırdıq, məsuliyyət mexanizmlərini işə saldıq” deyib.
Nazir qeyri-qanuni qrupların məzhəb əsaslı kanton qurmaq səylərinə diqqət çəkərək bildirib ki, bu məsələ təkcə hökuməti deyil, bütün Suriya xalqını maraqlandırır və müzakirə edilə bilməz. Suriya xalqı inqilabi proses boyunca həmişə ölkənin coğrafi və sosial birliyini qoruyub saxlayıb. Dövlət Süveyda böhranına həll yolu tapmaqda qərarlıdır. Süveydanın Suriyadan ayrılması həm tarixi, həm də sosial baxımdan mümkün deyil.
Şimal-şərqin inteqrasiyası
Suriyanın informasiya naziri Həmzə Mustafa Suriyada SDG adından istifadə edən terror təşkilatı PKK/YPG ilə Parisdə keçirilən görüşlərin məqsədinin təşkilatın 10 Mart Müqaviləsinə sadiq qalması üçün təzyiq etmək olduğunu vurğulayıb. O, “10 Mart Müqaviləsi ilə mərhələli addımlar atılması planlaşdırılırdı. Suriya dövləti Süveydada olduğu kimi Fəratın şərqində də öhdəliklərini yerinə yetirdi” deyib.
Mustafa bildirib ki, SDG hazırda ümumilikdə razılaşmaya sadiq olduğunu bildirir, lakin sahədə heç bir irəliləyiş əldə olunmayıb.
Türkiyənin Suriyanın birliyi və bütövlüyünü dəstəklədiyinə, terror təşkilatının ölkənin şimalında varlığına qarşı çıxmasına toxunan Mustafa “Bu, bir anlıq deyil, Türkiyə hökumətlərinin daimi mövqeyidir. Ona görə də SDG üçün siyasi imkan var. Onun Suriyada effektiv varlığını təmin edəcək razılaşmalar əldə edilməlidir. Bunun üçün üç əsas şərt var; tək ölkə və tək bir hökumət tək ordu lazımdır” deyib.
SDG-nin xoşməramlı bəyanatlarına baxmayaraq, danışıqlardan konkret nəticə əldə olunmadığını qeyd edən Mustafa bildirib ki, texniki səviyyədə danışıqlar davam edir, lakin indiyədək nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.