image-1backend

Suriya Müvəqqəti Hökuməti cağırış etdi:”Təxribatlara uymayın”

image-reklam_sirab_01

Türkiyə bayrağına qarşı hərəkətləri qəti şəkildə qınayan Suriya Müvəqqəti Hökuməti azad edilmiş ərazilərdə yaşayan insanların Türkiyə ordusu və Suriya Milli Ordusunun fədakarlığı ilə tikilmiş mülk və qurumlara hücum çağırışlarına uymamasını istəyib.

Suriya Müvəqqəti Hökumətindən verilən açıqlamada yazılır: “Tarix və coğrafiya əsrlər boyu türklərlə ərəblər arasında mövcud olan qardaşlığa şahidlik edib. Bölgənin yaşadığı bütün çətinliklərə baxmayaraq, bu qardaşlıq bundan sonra da əsrlər boyu davam edəcək, çünki bu, iki xalqın taleyinin ortaq tələbatıdır.

Hökumətimiz Türkiyədə və bütün sığınacaq ölkələrində suriyalıların qorunmasının zəruriliyini vurğulayır və Türkiyə Daxili İşlər Nazirliyinin təcavüzkarlara qarşı atdığı hüquqi addımları yüksək qiymətləndirir.

Suriya Müvəqqəti Hökuməti işğaldan azad edilmiş ərazilərdə yaşayan xalqımızı Türkiyə və Suriya xalqları arasında mövcud müttəfiqliyi pozmağa, Türkiyə ordusu və Suriya Milli Ordusunun fədakarlığı ilə tikilmiş mülklərə və qurumlara hücuma yönəlmiş təxribatçı çağırışlara uymamağa çağırır.

Bu hadisələrin inqilab düşmənləri tərəfindən Türkiyə-Suriya münasibətlərinə xələl gətirmək və Suriya torpaqlarını terrordan xilas etmək üçün Suriya xalqı ilə birlikdə çalışan türkiyəli qardaşları hədəfə almağa yönəldilməsi təhlükəlisdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1 iyulda söylədiyi kimi, “Kayseridə baş verən hadisələr heç bir şəkildə qəbul edilməyəcək və bu üzücü hadisələrin qardaşlığa kölgə salmasına razı olmayacağıq”.

Qeyd edək ki, Kayseridə suriyalı qohumu olan uşağa cinsi təcavüz etdiyi səbəbiylə saxlanılan adam həbs edilib, hadisəyə qarşı şəhərdə etiraz baş qaldırıb. Bundan sonra sosial şəbəkələrdə yayılan paylaşımlarda Suriyada Türkiyə vətəndaşlarına və bayrağına qarşı hücumlar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki