Dəməşqdə müxalifət keçmiş prezident, Bəşər Əsədin atası Hafiz Əsədin məzarını dağıdıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Suriya teleqraf kanalları məlumat yayıb.
Hafiz Əsəd 1971-2000-ci illərdə Suriya prezidenti olub. Bundan əvvəl o, həmçinin Suriyanın baş naziri və müdafiə naziri vəzifələrində çalışıb.
Onu da əlavə edək ki, artıq dünən Suriyada hakimiyyətə gələn müxalifətçilər Əsəd tərəfdarlarından və onun yaxınlarından qisas alacaqlarını bəyan ediblər.