Suriya ordusunun Hələb vilayətinin Kefernuran kəndinə təşkil etdiyi hücum nəticəsində ilkin məlumata görə, 4 mülki vətəndaş həyatını itirib, 8 mülki vətəndaş isə yaralanıb.
Vətəninfo.az xəbər verir ki, Suriya ordusu və İranın dəstəklədiyi xarici terrorçu qruplaşmalar Hələbin qərbində yerləşən yaşayış məntəqəsinə qurudan quruya atılan silahlarla hücum edib.
Mülki müdafiə mənbələrinin yaydığı məlumata görə, hücumda ilkin məlumatlara görə 4 mülki vətəndaş həyatını itirib, 8 mülki vətəndaş isə yaralanıb.
Xəsarət alanlarn xəstəxanaya aparıldığı, ölən və yaralanan mülki şəxslərin sayının artacağı istisna olunmayıb.
Qeyd edək ki, Suriya ordusu dünən İdlibin şərqindəki Kityen və Maratnasan və İdlibin cənubundakı Beynin kəndlərinə artilleriya hücumu təşkil edib.


























