image-reklam-veteninfo
image-1backend

Suriya son 14 ildə ilk dəfə rəsmi olaraq neft ixrac edib

image-reklam-veteninfo

“Reuters” xəbər verir ki, 600 min barel neft daşıyan tanker özəl şirkətlə bağlanmış müqavilə əsasında Tartus limanını tərk edib. Suriya Energetika Nazirliyinin direktor köməkçisi Riyad əl-Cubasi agentliyə bildirib ki, neft “B Serve Energy” şirkətinə satılıb. Cubasi əlavə edib ki, neft Suriyanın bir neçə neft yatağında hasil edilir.

Suriyanın neft yataqlarının əksəriyyəti ölkənin şimal-şərqində, kürdlərin nəzarətində olan ərazidə yerləşir. Kürd hökuməti fevral ayında Dəməşqdə mərkəzi hökumətə neft tədarük etməyə başlayıb, lakin o vaxtdan münasibətlər inklüzivlik və kürdlər də daxil olmaqla azlıqların hüquqları ilə bağlı narahatlıqlar səbəbindən pisləşib.

2010-cu ildə, prezident Bəşər Əsədə qarşı etirazlardan bir il əvvəl Suriya gündə 380 min barel neft ixrac edirdi. Ölkə 14 illik müharibə zamanı ağır iqtisadi vəziyyətlə üzləşib və neft ixracı da sanksiyalarla dayandırılıb. 2024-cü ilin dekabrında ölkədə hakimiyyət dəyişikliyindən sonra yeni hökumət Suriya iqtisadiyyatını yenidən quracağına söz verdi.

İyun ayında ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Suriyaya qarşı sanksiyalarını ləğv edən fərman imzalayıb. Amerika şirkətləri Suriya neft və qazının kəşfiyyatı və çıxarılması planı hazırlamağa başladılar.

Suriya Əsəd dövründə Tartus limanını idarə edən Rusiya şirkəti ilə müqaviləni ləğv edib. Əvəzində Dəməşq Tartusda çoxməqsədli terminalı inkişaf etdirəcək, idarə edəcək və işlədəcək logistika şirkəti “DP World” ilə 100 milyon dollar dəyərində anlaşma memorandumu imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki