image-reklam-veteninfo
image-1backend

Suriya təhlükəsizlik qüvvələri Qamışlı şəhərinə daxil olub

image-reklam-veteninfo

Suriya rəsmisi YPG terror təşkilatı ilə əldə olunan razılaşmaya əsasən, təhlükəsizlik qüvvələrinin ölkənin şimal-şərqindəki Həsəkə əyalətindən Qamışlı doğru hərəkət edəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Həsəkə Daxili Təhlükəsizlik Komandanı Mərvan əl-Əli “Al-Ikhbaria” telekanalına verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin artıq şəhərə daxil olmağa başladığını təsdiqləyib. Mərvan əl-Əli bildirib ki, Daxili İşlər Nazirliyinin çox sayda texnikası və şəxsi heyəti Həsəkəyə yerləşib, analoji qüvvələrin yaxın vaxtlarda Qamışlıya da daxil olması planlaşdırılır. Razılaşmanın şərtlərinə görə, YPG-yə tabe olan yerli təhlükəsizlik strukturları mərhələli şəkildə Daxili İşlər Nazirliyinin tərkibinə inteqrasiya ediləcək. Hazırkı qeyri-müəyyən vəziyyətlə əlaqədar təxribatların qarşısını almaq və media nümayəndələrinin təhlükəsizliyini qorumaq məqsədilə jurnalistlərin Həsəkəyə girişinə müvəqqəti məhdudiyyət qoyulub.

Məlumata görə, Həsəkədə mövqe tutan bölmələr öz yerlərində qalacaq, əlavə qüvvələr isə Qamışlıya göndəriləcək. Bazar ertəsi günü şəhərə daxil olan daxili təhlükəsizlik qüvvələrinin yerli sakinlər tərəfindən rəğbətlə qarşılandığı bildirilir.

“Anadolu Agentliyi”nin məlumatına görə, təhlükəsizlik karvanına səkkiz zirehli daşıyıcı, təcili yardım maşınları və mobil rabitə vasitələri daxildir. Razılaşma çərçivəsində Suriya daxili təhlükəsizlik qüvvələrinin həmçinin Ayn əl-Ərəb rayonunun cənubunda yerləşən Şuyux kəndinə də daxil olduğu qeyd edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki