image-1backend

“Suriya xalqı öz gələcəyini özü müəyyən edəcək bir yol götürüb”-Ərdoğan

image-reklam_sirab_01

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azad Suriya bayrağı ilə ay-ulduzlu bayrağımızı yan-yana gördükcə sevinc hissi keçiririk” dedi.

Vətəninfo.az xəbər verir ki , Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) qrup iclasında çıxış edib. O, 8 dekabrda Suriyada 61 illik BAAS rejiminin devrilməsini xatırladaraq “Bəşər Əsəd qorxaq təbiətinə uyğun olaraq ən yaxınlarını belə sataraq Suriyadan qaçıb. Suriyalı inqilabçıların paytaxt Dəməşqdə nəzarəti ələ alması ilə birlikdə bu ölkənin qarşısında yeni bir səhifə açılıb. Suriya xalqı öz gələcyini özü müəyyən edəcək bir yol götürüb. Burada məmnunluq hissi duyuruq” deyib.

“Hələbdə, Dəməşqdə, Həmada, Hömsda, Derada, Münbicdə azad Suriya bayrağı ilə ay-ulduzlu bayrağımızı yan-yana gördükcə sevinc hissi keçiririk” ifadələrini işlədən prezident yaxın zamanda Hələb Baş Konsulluğunun xidmətə açılacağını da bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image