image-img_20250213_123309backend

Suriyada çevriliş planı hazırlanıb:  İran və keçmiş Əsəd generalları Əhməd əş-Şaranın sui-qəsdinə hazırlaşır

image-reklam_sirab_01

Vətəninfo.az “Türkiyə Gazetesi”nə istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərində SEPAH komandirləri ilə keçmiş Bəşar Əsəd rejiminin zabitləri arasında Suriyada çevriliş planını müzakirə etmək üçün gizli görüş keçirilib.

Məlumata görə, danışıqlarda ölkənin müxtəlif bölgələrində vəziyyətin sabitliyini pozmaq üçün atılacaq addımlarla yanaşı, Suriyanın yeni prezidenti Əhməd əş-Şəraya qarşı sui-qəsd hazırlığı da olub. İclasın mühüm məqsədinin Suriyada son illərdə zəifləmiş İran təsirini bərpa etmək olduğu bildirilib.

Plana daxili kəşfiyyat şəbəkələri və terror təşkilatları, o cümlədən PKK və İŞİD də cəlb olunacaq. Əfqanıstan, Pakistan və Tacikistandan olan hərbçilərin istifadəsi, Hizbullahın da fəal rolu gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image