image-1backend

Suriyada güclü zəlzələ oldu: Türkiyə də silkələndi

image-reklam_sirab_01

Suriyanın Həma şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

Türkiyə Fövqəladə Hallar Rəyasət Heyətinin (AFAD) saytında yer alan məlumata görə, 5,2 bal gücündə yerli vaxtla saat 23.56-da baş verən zəlzələnin episentri Həma şəhəri olub.

Zəlzələ səbəbindən Həma və ətraflarında yaşayan adamlar evlərini tərk edərək bir müddət küçələrdə gözləyiblər.

Hadisədə insan tələfatının olmayıb, bəzi bölgələrdə elektrik enerjisində fasilələr yaranıb.

Zəlzələ Türkiyənin Osmaniye, Qaziantep, Şanlıurfa, Kilis, Adıyaman və Hatay şəhərlərində də hiss olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki