Livan mediası iyulun 9-da İsrailin Beyrut-Dəməşq magistral yolunda avtomobilə hücum etdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu hücumda SEPAH-ın yüksək rütbəli komandirlərindən biri Əli Əkbər Suhani öldürülüb.
İsrailli jurnalist Edi Kohen də “X” hesabında bununla bağlı paylaşım edib. O, hücumda Livan Hizbullahının yüksək rütbəli komandirlərindən biri Yasir Qərənbeş Əbülfəzlin də həlak olduğunu açıqlayıb.
İsrail mediası hücumun əsas hədəfinin isə Hizbullah komandiri olduğunu vurğulayıb.