Vətəninfo.az xəbər verir ki , Türkiyə-Suriya sərhədi yaxınlığındakı keçid məntəqəsində vətənə qayıtmaq istəyənlərin növbələri yaranıb. Keçid məntəqəsinin işindəki yükü azaltmaq üçün Türkiyə jandarmı oradan 5 km aralıda ayrıca nəzarət məntəqəsi yaradıb.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə Suriyadan olan təxminən 2,9 milyon qaçqın var.
Prezident Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı.