image-1116743backend

Suriyanın Hasake əyalətinin cənubundakı ABŞ hərbi bazası raketlərlə vurulub

image-reklam_sirab_01

Suriyanın Hasake əyalətinin cənubunda, Əl-Şəddadda Amerika hərbi bazasının yerləşdiyi yerin yaxınlığında bir neçə raket partlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl İxbariya” telekanalına istinadən TASS məlumat yayıb .

Telekanalın məlumatına görə, atəşə tutulan Amerika hərbi obyektindən səmaya tüstü qalxır. Mümkün itkilər və maddi ziyan barədə məlumat daxil olmayıb.

Əl-Şəddadi El Jebs neft yatağının yaxınlığında yerləşir. Amerikanın Bağdaddakı hərbi komandanlığının nümayəndəsi hələlik hərbi bazaya hücum faktını təsdiqləməyib.

İyunun 11-də Əl-Şəddada eniş zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopter məhv edilib, 22 hərbçi yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bir fərziyyəyə görə, helikopter yerdən atılan raketlə vurulduqdan sonra yerə düşüb.

2015-ci ildən bəri ABŞ Suriyanın şimal-şərqində doqquz hərbi baza yaradıb ki, onların ən böyüyü Hasake inzibati mərkəzinin şimalında (Dəməşqdən 620 km məsafədə) Tell Beydarda yerləşir.

Suriya hökuməti ABŞ-ın hərbi mövcudluğunu Suriya xalqına məxsus təbii sərvətlərin talan edilməsi ilə müşayiət olunan qeyri-qanuni işğal kimi qiymətləndirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image