61 illik Bəəs hakimiyyətinin devrilməsindən sonra Suriyanın İstanbuldakı Baş konsulluğunda inqilab bayrağı asılıb.
Vətəninfo.az xəbər verir ki, dünən işçilər tərəfindən baş konsulluğun eyvanından götürülən hakimiyyətə aid bayrağın yerinə bu gün səhər saatlarında “Suriya inqilabı bayrağı”nın asıldığı görülüb.
Qeyd edək ki, noyabrın 27-də Suriyada hakimiyyət qüvvələri ilə müxalif silahlı qruplar arasında toqquşmalar şiddətlənib.
Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə hökumət qüvvələri burada və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib.
Dünən ölkədə Bəəs Partiyasının 61 illik hakimiyyəti sona çatdığı bir vaxtda Bəşər Əsəd paytaxtdan qaçıb.