image-1backend

Suriyanın keçid hökumətinə Riyad Hicab rəhbərlik edəcək

image-reklam_sirab_01

Suriyanın sabiq baş naziri Riyad Hicab ölkənin keçid hökumətinin başçısı olacaq.

Vətəninfo.az xəbər verir ki,  bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın Baş naziri olub. Bundan əvvəl o, 2011-2012-ci illərdə kənd təsərrüfatı və aqrar islahatlar naziri vəzifələrini tutub.

R.Hicab 2012-ci il avqustun 6-da istefaya göndərilib, bundan sonra ailəsi ilə birlikdə İordaniyaya köçüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image