“İslam Dövləti” terror qruplaşmasının yaraqlıları ölkənin şərqindəki Deyr əz-Zor əyalətində Suriya hökumət qüvvələrinin əsgərlərinə hücum edib. Hücum nəticəsində 23 nəfər həlak olub. Bu barədə Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, Sky News Arabia telekanalının məlumatına görə, hərbçilərin olduğu avtobusa hücum edilib. Telekanalın məlumatına görə, daha bir neçə əsgər yaralanıb, onların sayı göstərilmir.


























