Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarından qeyd-şərtsiz silahlarını yerə qoymağı tələb edib.
Bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin məqaləsində deyilir.
Onun sözlərinə görə, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. Görüşlər zamanı PKK-nın və onun Suriya qolu olan ‘Xalq Özünümüdafiə Qüvvələrinin” (YPG) emissarları silahlarının yerə qoyulması müqabilində yaradılan Suriya ordusuna diviziya və ya ordu korpusu kimi daxil olmağı , eyni zamanda ərəb respublikasının şimalındakı, ABŞ ilə birlikdə idarə olunan neft yataqları onlarla bərabər bölünməsini tələb ediblər .
Məqalədə deyilir: “Yeni hakimiyyət PKK-YPG-nın qeyd-şərtsiz silahı yerə qoyması üçün şərt qoyaraq bu məsələni heç müzakirə etməyə belə başlamayıb”.