image-1backend

Suriyaya səfər edən ilk lider  Qətər əmiri oldu

image-reklam_sirab_01

Vətəninfo.az “Khabarfoori” saytına istinadən  xəbər verir ki, dünən Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejiminin süqutundan sonra Suriyaya səfər edən ilk lider olub.
Məlumata görə, Dəməşq Hava Limanında Qətər əmirini Suriya prezidenti Əhməd əş-Şara baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Kəsra qarşılayıblar.
Qeyd olunub ki, Qətər əmiri Suriyanın birliyi, suverenliyi və müstəqilliyinə dəstəyini ifadə edərək, Suriya administrasiyasının ölkədə sabitliyi bərpa etmək səylərini yüksək qiymətləndirib. O, Suriya xalqının bütün təbəqələrinin maraqlarını əks etdirəcək hökumətin yaradılmasının zəruriliyini vurğulayıb və iki ölkə arasında strateji əməkdaşlığı inkişaf etdirmək niyyətini təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image