image-ohaniyanbackend

Şuşa fərarisi Seyran Ohanyan KTMT-na YALVARMAĞA BAŞLADI

image-reklam_sirab_01

Ermənistanın keçmiş müdafiə naziri, Şuaşa fərarisi olaraq ermənilər tərəfindən ad çıxardan “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan parlamentdə jurnalistlərə bildirib ki, Ermənistan ya Azərbaycanı Zəngəzur bölgəsin tərk etməyə məcbur etməlidir, ya da KTMT-dən hərbi yardım almalıdır.

 

Veteninfo.az xəbər verir ki, onun sözlərinə görə, vəziyyəti tam qiymətləndirmədən qərar qəbul etmək mümkün deyil: “Bu nə deməkdir – “güzgü çəkilişi”. Biz bir dəfə hökumət başçısının şifahi göstərişi ilə hərbi əməliyyatlar dayandırıldıqdan sonra qoşunlarımızı Sünik (Zəngəzur oxu) rayonundan çıxardıq. Düşmən yaxınlaşdı, təxribatlara başladı və ərazimizə keçdi”. O qeyd edib ki, “güzgü bölgüsü”nün yalnız Azərbaycanın daxil olduğu ərazilərə, yoxsa bütün sərhəd zonasına aid olması tam aydın deyil: “Söhbət işğal zonalarından gedirsə, o zaman Bakı birtərəfli qaydada qoşunlarını oradan çıxarmalıdır.Ermənistan xarici işlər naziri KTMT üzvlərinə, siyasi rəhbərliyə, hərbi komitəyə aydın izahat verməlidir ki, kim beynəlxalq strukturlarla işləməli və Azərbaycanı geri çəkilməyə məcbur etməlidir”. Şuşa fərarisi bildirib ki, ermənilər geri çəkilməyə məcbur olmasaq, Ermənistan Silahlı Qüvvələri ilə birlikdə KTMT-nin hərbi komponentindən istifadə etməyə məcbur olacaq. Delimitasiya prosesi üçün düşmən dövlətləri qonşu olmalı, işlərin görülməsi üçün komissiya yaradılmalıdır. İndiki aqressiv ritorika, təxribatlar və yerli hücumlarla Azərbaycanı belə hesab etmək olmaz.Bundan əvvəl xarici işlər naziri Ararat Mirzoyan parlamentdə demişdi ki, İrəvan sərhəd zonasında vəziyyətin deeskalasiyası üçün Moskva vasitəsilə Bakıya təkliflər paketi göndərib”.

O, əlavə edib ki, təkliflər qoşunların geri çəkilməsi və əlavə təhlükəsizlik mexanizmlərinin yaradılması ilə bağlı baş nazirin daim qaldırdığı suallardan irəli gəlir. Təkliflərin həyata keçirilməsinin sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılmasının sürətləndirilməsinə kömək edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri, Şuaşa fərarisi olaraq ermənilər tərəfindən ad çıxardan “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan 44 günlük müharibə zamanı Azərbaycan ordusu Şuşaya daxil olan zaman,erməni əsgərlərinə xəbər vermədən döyüş meydanından qaçaraq canını qurtara bilmişdi.

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki