image-1backend

Tacikistan prezidenti hicaba görə İran mediasının hədəfinə çevrildi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, SEPAH-a bağlı “Orta Asiya Araşdırmaları İnstitutu” “Telegram” kanalı ötən illərdə Tacikistan prezidenti İmoməli Rəhmanın hicabla bağlı fikirlərini ictimailəşdirərək, onu anti-islam təbliğatçısı kimi qələmə verib.
Sözügedən mərkəz Tacikistan prezidentinin 2015-ci ildə tələbələrlə görüşündə çıxışından paylaşım edib. İmoməli Rəhman həmin vaxt deyib: “Qızlara, hicab bağlayanlara deyin, ilk növbədə bu savadsızlıqdır, nadanlıqdır. Onlar öz həyatlarında nə etdiklərini bilmirlər. Böyüklərimiz deyiblər ki, hicab taxıb qara geyinmək, yad mədəniyyəti kor-koranə təqlid etməmək qadınların, qızların təvazökarlığından xəbər vermir. Hicablı qadın və qızların narkotik maddələrdən istifadə, insan alveri və milli adət-ənənəmizdən, mədəniyyətimizdən, qadınlarımızın kimliyindən və xarakterindən uzaq bir çox davranışlarla məşğul olması ilə bağlı çoxlu nümunələr var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki