image-1backend

Tacikistanın hakim Xalq Demokratik Partiyası seçkilərdə qalib gəlib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Tacikistanın iqtidarında olan Xalq Demokratik Partiyası parlamentin aşağı palatası seçkilərində 51,9 faiz səs toplayaraq , vahid seçki dairəsində paylanmış 22 mandatdan 12 – nə sahib olacaq .​​ Martın 2-də keçirilmiş seçkilərin ilkin nəticələrini Mərkəzi Seçkilər və Referendumlar Komissiyasının sədri Bəxtiyor Xudoyorzoda keçirdiyi mətbuat konfransında açıqlayıb .

“Tacikistan Xalq Demokratik Partiyası 51,9 faiz səs toplayıb və 12 mandatı təmin edib.

Parlamentin aşağı palatasının deputatlarına səsvermə qarışıq sistemlə keçirilir : onlardan 41- i birmandatlı , 22 – si isə respublika seçki dairəsindən seçilir . Səlahiyyət müddəti 5 ildir . Parlamentin aşağı palatasında 63 yer uğrunda 220 namizəd , o cümlədən 65 – i özünü irəli sürmüş namizədlər mübarizə aparıb .

Tacikistan parlamentinin aşağı palatasına seçkilərdə seçici fəallığı 85,3 faiz təşkil edib. Komissiya rəhbərinin sözlərinə görə, seçkilərdə iştirak etmək hüququ olan Tacikistanın 5,5 milyondan çox vətəndaşından 4,7 milyondan çox seçici səs verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image