image-1backend

Tailand parlamenti ölkənin ən gənc baş nazirini seçib

image-reklam_sirab_01

Tailand Parlamentinin Nümayəndələr Palatası “Pia Thai” partiyasının lideri Petonqtan Çinavatranın baş nazir postuna namizədliyini təsdiqləyib.

Vətəninfo.az xəbər verir ki,  o, ölkənin ən gənc baş naziri olub. 247 deputat onun baş nazir postuna namizədliyini dəstəkləyib, 128 deputat əleyhinə çıxış edib, 22 deputat bitərəf qalıb. 37 yaşlı yeni seçilmiş baş nazir ailəsinin Tailandın rəhbəri vəzifəsini tutan üçüncü üzvüdür. Petonqtan Şinavatra 2001-2006-cı illərdə Taylandı idarə edən milyarder Thaksin Shinawatranın qızıdır. 2011-2014-cü illərdə isə ölkənin baş naziri vəzifəsini Thaksin Shinawatra-nın kiçik bacısı Yinqlak Çinavat tutub.Avqustun 14-də Taylandın Konstitusiya Məhkəməsi ölkənin baş naziri Sretha Oavisini etik davranış kodeksini pozduğuna görə vəzifəsindən azad edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki