image-348975626_623740779637105_403230712913192359_nbackend

Taliban İrandan gələn yanacaq tankerlərini geri qaytardı 

image-reklam_sirab_01
Taliban hökuməti keyfiyyətsiz olduğu üçün 36 tanker İran benzinini geri qaytarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Herat News” xəbər agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Əfqanıstan hökumətinin Milli Standartlar İdarəsi İrandan ixrac edilən 36 tanker benzinin standartlara cavab vermədiyini bildirib.
Qeyd edək ki, bir müddət öncə də Taliban hökuməti daha 9 tanker keyfiyyətsiz İran benzinini geri qaytarmışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki