“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanın sərhəd kəndlərinə endirilən hava hücumlarına cavab olaraq Pakistan ordusuna qarşı hərbi əməliyyata başladıqlarını açıqlayıblar. Vətəninfo.az xəbər verir ki, Əfqanıstanın müdafiə naziri Mövlavi Məhəmməd Yakub Mücahid Pakistana xəbərdarlıq edərək bildirib ki, “heç bir təcavüz aktı cavabsız qalmayacaq”.“Taliban” Pakistanın hava hücumu nəticəsində Əfqanıstanın şərqində əksəriyyəti qadın və uşaq olmaqla 46 nəfərin öldürüldüyünü açıqlayıb. Pakistan hərbçiləri də öz növbəsində kəşfiyyat məlumatlarına əsaslanan əməliyyat zamanı Pakistanda “Taliban” qruplaşmasının 13 silahlısını məhv etdiklərini açıqlayıblar.Buna cavab olaraq “Taliban” qüvvələri Pakistanla sərhəddə bir neçə keçid məntəqəsini ələ keçirib. Hərəkat nümayəndələri bu hərəkətləri “intiqam” adlandıraraq, onların Pakistanın hərbi təcavüzünə qarşı yönəldiyini vurğulayıblar.