image-1backend

Taliban saqqal saxlamaq istəməyən 280-dən çox təhlükəsizlik qüvvəsini işdən qovdu 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, iki gün öncə Taliban hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Pis Əməllərdən Çəkindirmə və Yaxşı Əməllərə Çağırış Nazirliyi saqqal saxlamaq əmrinə tabe olmayan 280-dən çox təhlükəsizlik qüvvəsini xidmətdən uzaqlaşdırıb.
Məlumata görə, 2023-cü ildə “İslam qanunları”nı pozan və əxlaqsız davranışlar edən 13 mindən çox insan həbs edilib, məhbusların təxminən yarısı 24 saatdan sonra sərbəst buraxılıb.
Bildirilib ki, ötən il Taliban 21 min 328 musiqi alətini də məhv edib. Bundan əlavə, sosial şəbəkələrdə minlərlə qeyri-etik və yolverilməz filmləri bağlayıb.
Qeyd edək ki, 2021-ci ildə yenidən hakimiyyətə gələn Taliban hökumətinin yaratdığı bu nazirlik dəfələrlə insan haqları təşkilatları və BMT tərəfindən tənqid edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki