Taliban hökuməti Özbəkistan, Tacikistan və Türkmənistanla sərhədlərə yenidən baxmağı planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bunu Əfqanıstanın energetika naziri Əbdül Lətif Mənsur bəyan edib.
O qeyd edib ki, Əfqanıstanla Mərkəzi Asiya ölkələri arasında sərhədlər daşqınlar nəticəsində xeyli eroziyaya məruz qalıb və bu sərhədlərin yenidən müəyyənləşdirilməsinə ehtiyac var.
Əfqanıstanla Tacikistan arasında ən uzun sərhəd 1344 km-dir.