Əfqanıstana nəzarət edən Taliban hərəkatının Müdafiə Nazirliyi ölkənin şimalında döyüş helikopterinin itirilməsini təsdiqləyib. Vətəninfo.az xəbər verir ki,MD-530 helikopteri bu gün səhər saat 9 radələrində Samanqan əyalətində patrul xidməti məqsədi ilə Məzari-Şərif hava limanından havaya qalxıb, burada texniki nasazlıq yaranıb, nəticədə helikopter yüksək gərginlikli xəttə toxunub. İki pilot həlak olub.