Tanınmış jurnalist uzun illər media sahəsində səmərəli fəaliyyəti ilə seçilən Nahid Canbaxışlının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yenicag.az xəbər verir ki, yubiley mərasimində Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid Nahid Canbaxışlının Azərbaycan mətbuatına verdiyi töhfələrdən söz açaraq onu fəxri diplomla təltif edib.
Yubiley tədbiri çərçivəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün və Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş üzrə komitəsinin sədri, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafanın yubilyara ünvanladıqları təbrik məktubları səsləndirilib.
Daha sonra jurnalistlər, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və digər iştirakçılar çıxış edərək Nahid Canbaxışlını 50 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.