image-unnamed-1backend

Tanınmış yazıçı BDU-da bu fakültənin jurnalını YANDIRDI – ŞOK

image-reklam_sirab_01

Tanınmış jurnalist, yazıçı Azər Qismət (Məmmədov) Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin jurnalını yandırıb.

Veteninfo.az xəbər verir ki, bu barədə Azər Qismət özü bildirib.

Onun sözlərinə görə, hadisəni 31 il bundan əvvəl tələbə olan zaman törədib.

Belə ki, jurnalist Azər Qismət fakültənin o zamankı dekanı Akif Rüstəmova müraciət edərək bunları deyib: “Akif müəllim, siz jurnalistika fakültəsinin yaddaqalan və sevimli dekanı olmusuz.

image-img-20220809-wa0002

 

Bu gün Tanzaniyada etiraf günüdür. 31 il bundan əvvəlin sirrini açım ki, jurnalistika fakültəsində jurnalı mən yandırmışdım. Dərsə getmirdim, qaiblər çoxalmışdı, məsələm rektorluq səviyyəsinə qalxırdı. Tələbəni oyrətdim, bir bəhanə ilə sizi dəhlizə çağırıb söhbətə tutdu, mən də müəllimlər otağına girib jurnalı götürdüm və aparıb evdə yandırdım. Yaxınlıqda yandırsaydım, külündən də görünərdi ki, dərsə getməmişəm. Yandıranı axtardız, mən də sizə qoşulub axtardım. Və biz onu tapa bilmədik”.

image-img-20220809-wa0001

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki