“Bu gün Bakıya qapılar bağlanmır. Bu birincidir. İkincisi, imkan nəzərdən keçirilir: üçbucaq formatında strateji əməkdaşlıq. Moskva-Bakı-Tehran. Yeri gəlmişkən, bütün Transqafqazın konfiqurasiyasını tamamilə dəyişəcək”. Vətəninfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərini şərh edərkən deyib.
O deyib ki, Zəngəzur dəhlizinin problemi həll olundu. “İndi görəcəyik ki, ermənilər Zəngəzur dəhlizini necə satacaqlar, kimlər yemi götürəcək. Ankara və Bakı Zəngəzur dəhlizinin yeni istiqamətinin İrandan keçəcəyi barədə razılığa gəliblər”.
Tarasov bildirib ki, Qarabağda İsrail bazalarının olması barədə xəbərlər dezinformasiyadır. “Bunlar uydurmadır. İsrail həırbçilərini Gürcüstan və Azərbaycandan çağırmaqla bəyanat verərək, bununla oyun oynamağa çalışdı. Lakin alınmadı. Azərbaycan bu halı qəti şəkildə inkar edir. Elə kəşfiyyat məlumatları da Bakının mövqeyini təsdiqləyir”.
Rus ekspert deyir ki, Türkiyənin indi Azərbaycan-İran münasibətlərində yeni aktor olduğunu nəzərə alsaq, xüsusən də İranda keçirilən prezident seçkilərində etnik azərbaycanlı qalib gəldiyi üçün Türkiyənin təsiri yeni üfüqlər açır. “Burada təbii ki, Prezident İlham Əliyevin atdığı addımlara diqqət etmək lazımdır. Çünki bəzən olduqca mürəkkəb addımlar atır. Bu isə ona gətirib çıxaracaq ki, Əliyev Qafqazın lideri olacaq. Elə Putini Bakıya gətirən səbəblərdən biri də bu idi”.
Tarasov maraqlı bir məqama da toxunub. O bildirib ki, mərhum Prezident Heydər Əliyevin sovet dönəmində Kremdlə sıxışdırılması yolverilməz hal olub. “Heydər Əliyevin Qorbaçov tərəfindən sıxışdırılması yaxşı hal deyildi. Sovet qoşunlarının Bakıya daxil olması və kütləvi qırğın törətməsi isə birbaşa təxribat idi”.