image-1backend

Tarixi abidəni təhqir edən jurnalist həbs edildi

image-reklam_sirab_01

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Pompey Arxeoloji Parkında tarixi evin divarına ailə üzvlərinin adlarının baş hərflərini yazan britaniyalı turist cəzalandırılıb.

Vətəninfo.az xəbər verir ki, adı açıqlanmayan 37 yaşlı turistin jurnalist olduğu bildirilir. O divara küt əşya ilə “JW LMW MW” hərflərini yazıb. O, qısa müddət ərzində polis tərəfindən müəyyən olunub və saxlanılıb. Turist davranışına görə üzr istəyib.

Britaniyalı turistin 60 min avro cərimələndiyi bildirilir. O, cəriməni ödəməkdən imtina edərsə, həbs cəzası ala bilər.

İtaliyanın mədəniyyət naziri Gennaro Sanciuliano tarixi məkana vurulan ziyanı bədii və mədəni irsə qarşı barbar və axmaq hücum kimi qiymətləndirib və pisləyib, vandalizmdən məyus olduğunu bildirib.

Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Roma imperiyasının Pompey şəhərinin kül altında qalmasına və 2 minədək insanın ölümünə səbəb olub. Şəhərin xarabalıqları arxeoloqların 1748-ci ildə apardıqları ilk qazıntılardan bəri tapdıqları eksponatların xəzinəsidir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm məkanıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki