image-1backend

“Tarqovı”ya maşınla giriş qadağan edildi

image-reklam_sirab_01

Bakının mərkəzində yerləşən Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb.

Vətəninfo.az xəbər verir ki, bağın ətrafında avtomobillə dövrə vurmağa məhdudiyyət qoyulub.

Bildirilir ki, Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının (keçmiş Molokan bağı – red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb, əraziyə dibçəklər qoyulub.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ, bir neçə ildir, müzakirə olunurdu. Belə bir addımın atılması həm ərazidə sıxlığı aradan qaldıracaq, həm də insanların parkda və park ətrafında piyada şəkildə daha rahat hərəkət etməsinə imkan yaradacaq.

“Avtosfer” saytı bildirir ki, maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər. Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki