image-reklam-veteninfo
image-1backend

Taylandda terror: 16 nəfər yaralandı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, aprelin 21-də Tailandın Narathivat şəhərində həftə sonu iki ayrı hücumda ən azı 16 nəfərin yaralanıb.

“Bangkok Post” qəzetinin məlumatına görə, birinci insidentdə Muanq rayonunda Kok Khian polis bölməsinin yataqxana blokunun qarşısında dayanmış motosiklet və səbəti partlayıb, 9 nəfər yaralanıb.

Partlayış nəticəsində binaya, hasara və park edilmiş digər avtomobillərə də ziyan dəyib.

Vaenq rayonunda silahlı şəxslər evin qarşısında şam yeməyi yeyən tailandlı Buddistlərə əl qumbaraları ataraq atəş açıblar.

Hücum nəticəsində 7 nəfər yaralanıb və yerli xəstəxanaya aparılıb.

Xəsarət alanların vəziyyəti barədə məlumat verilməyib.

Səlahiyyətlilər hücumları araşdırarkən ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki