Vətəninfo.az xəbər verir ki, Amerikalı müğənni Taylor Swift, Birləşmiş Krallıqda musiqi qrafiklərini tərtib edən və nəşr edən Official Charts şirkətinin məlumatına görə, Britaniya hit-paradları tarixində qadın sənətçinin ən çox bir nömrəli albomu rekordu vurub.
Şirkətdən verilən məlumata görə, “Lover” (Live From Paris) adlı konsert albomu Sviftin ölkə hit-paradlarında birinci yerdə olan 13-cü albomu olub. Beləliklə, o, əvvəllər 12 albomu ilə Böyük Britaniya musiqi hit-paradlarında birinci yeri tutan Madonnanı geridə qoya bildi. Sonrakı yerdə Kylie Minogue (10), Barbra Streisand (7), Lana Del Rey (6), Selin Dion, Ledy Gaga, Ariana Grande və Beyonce (hər biri 5).