image-1backend

Tayvan ABŞ qırıcılarını alacaq

image-reklam_sirab_01

Tayvan 2024-cü ilin dördüncü rübündə iki F-16V Block 70 təyyarəsi alacaq. Vətəninfo.az  xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Departamentinin rəhbəri Qu Lixiong məlumat verib.

Məlumata görə, yeni təyyarənin alınmasından sonra Tayvan Hərbi Hava Qüvvələrinin F-16V donanması 200 ədədi keçərək onu Asiyanın ən böyük təyyarəsi edəcək.

2019-cu ildə ABŞ Dövlət Departamenti Tayvana bu modeldən 66 yeni döyüş təyyarəsinin satışını təsdiqləyib. İlkin olaraq, ilk təyyarənin 2023-cü ildə təhvil veriləcəyi planlaşdırılırdı, lakin bu baş tutmadı.

Müqavilənin şərtlərinə görə, ABŞ 2026-cı ilə qədər bütün döyüş təyyarələrini təhvil verməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki