image-1118793backend

Tayvanda “Haikui” qasırğası qurbanlarının sayı 136-ya çatıb

image-reklam_sirab_01

Tayvanda “Haikui” qasırğasının təsiri nəticəsində qurbanların sayı 136 nəfərə çatıb. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə adanın daxili işlər idarəsinə istinadən TASS məlumat yayıb.

Daha əvvəl 78 nəfərin xəsarət aldığı, ölənlər barədə məlumat daxil olmadığı bildirilirdi. Departamentin hesabatına görə, ən çox qurbanlar tayfunun mərkəzinin keçdiyi adanın cənub rayonlarında qeydə alınıb.

İdarənin yenilənmiş məlumatına görə, 7800 sakin təhlükəli ərazilərdən təxliyə edilib. Qasırğa nəticəsində elektrik xətləri qırılıb, 273 mindən çox ev təsərrüfatında elektrik enerjisi kəsilib. 7000 ev hələ də işıqsız qalıb. Xilasedicilər dağlıq ərazidən və digər təhlükəli rayonlardan 7900 nəfər sakini təxliyə ediblər.

“Haikui” tayfunu sentyabrın 3-də Tayvanı vurdu. Sentyabrın 4-də şərqdən qərbə keçərək Tayvan boğazına daxil oldu, tropik fırtınada zəiflədi və materik Çin sahillərinə çatdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki