image-1backend

Tbilisi polisi etirazçıları meydanlardan  uzaqlaşdırdı

image-reklam_sirab_01

Tbilisi polisi gecə saatlarında bütün etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb. Vətəninfo.az xəbər verir ki , bu barədə “İnterfaks”ın müxbiri məlumat verib.

Bundan əlavə, polis əməkdaşları etirazçıların bir qismini saxlayıb. 

Gecənin əvvəlində etirazçılar bir neçə saat ərzində asayiş keşikçilərinin üzərinə yanğınsöndürmə texnikası atıblar. Onlar da zibil qutuları ilə barrikadalar qurub tonqal yandırıblar. Öz növbəsində polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 

Gürcüstanda yeni nümayişlər dalğası noyabrın 28-də ölkənin baş naziri İrakli Kobaxidzenin 2028-ci ilə qədər Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandıracağını bəyan etməsindən sonra başlayıb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki