Tbilisidə leysan yağışları dayanmır. bəzi rayonlarda vəziyyət getdikcə pisləşir. Gürcüstanın paytaxtının bəzi yerlərində hətta avtomobillərin yarısı su altında qalıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Sputnik Gürcüstan yayıb.
Tbilisidə bir saatdan artıqdır ki, yağış yağır və güclü küləklə müşayiət olunur. Küçələri, yeraltı keçidləri su basıb, hətta metro stansiyalarını su basıb, ağaclar kökündən qopub, elektrik xətləri sıradan çıxıb.
Tbilisi Bələdiyyəsi güclü yağışın gözlənilməz nəticələri ilə əlaqədar paytaxt sakinlərini küçəyə çıxmamağa çağırıb. Şəhər rəhbərliyi və fövqəladə hallar idarəsi xidməti iş rejimində işləyir.
Şəhər sakinləri üçün qaynar xətt fəaliyyət göstərir.


























