image-1backend

Tbilisidə kütləvi həbslər başladı

image-reklam_sirab_01

Tbilisi Dövlət Universitetinin əsas filialı yaxınlığında aksiya dağıdılandan sonra aksiya iştirakçıları Melikişvili prospektində, Filarmoniya ilə Dövlət Universitetinin arasında toplaşıblar. Vətəninfo.az “Новости Грузия” -yə istinadən xəbər verir ki, onların yolunu polis barrikadası kəsib. Tbilisidə hazırda sakitlik hökm sürür.

İnsan haqları təşkilatlarının məlumatına görə, Melikişvili prospektində nümayişi dağıdandan sonra 12 nəfər həbs edilib. Müxalif “Mtavari” telekanalının operatoru və iki qadın imza ilə sərbəst buraxılıb.

Vəkillər həbs edilən şəxslərin yerini müəyyənləşdirir, onlar müxtəlif şöbələrə aparılıb. Hələlik polisin hərəkətləri nəticəsində zərərçəkənlər barədə etibarlı məlumat yoxdur, ən azı iki nəfərin xəstəxanada olduğu məlumdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image