image-1backend

Tbilisidə müxalifətin nümayişləri zamanı 8 rusiyalı həbs edilib

image-reklam_sirab_01

Tbilisidə müxalifətin nümayişləri zamanı polisə hücum edən bir qrup rusiyalı həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb.

“Etirazlar zamanı 10 xarici vətəndaş həbs edilib”, – məlumatda deyilir.

Televiziya şirkətinin jurnalistləri izah ediblər ki, onların arasında səkkiz Rusiya, bir Belarus və ABŞ vətəndaşı da var.

Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə respublikada iki gün davam edən etiraz aksiyaları zamanı 42 təhlükəsizlik əməkdaşının yaralandığını bildirib. Onun sözlərinə görə, etirazçıların hərəkətləri dəfələrlə qanun çərçivəsindən kənara çıxıb və zorakılığa çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki