Gürcüstanın müxalifətdəki Dəyişikliklər Koalisiyası Partiyasının lideri Nika Melia bazar günü etiraz aksiyası zamanı polis tərəfindən saxlanıldıqdan sonra zaminə buraxılıb.
Vətəninfo.az “İnterfaks”-a istinadən xəbər verir ki, Melia inzibati xətaya görə həbs edilib.
O, həbs olunarkən polis əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalıb.
“Polis bölməsində əli qandallı stulda oturmuşdum və polis məmuru məni təpiklə vurdu”, – siyasətçi qeyd edib.
Onu da əlavə edək ki, ötən gecə Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Hüquq-mühafizə orqanları müxalifətin mitinqində 20-dən çox etirazçını həbs edib.
Həbslər zamanı yaralananların sayı barədə hələlik məlumat yoxdur. Onların polisə tabe olmadıqlarına görə, yoxsa cinayət maddəsi ilə inzibati qaydada saxlandıqları hələlik bəlli deyil.