image-2backend

Təbriz küçələri İlham Əliyev və  Rəcəb Təyyib Ərdoğanın şəkilləri ilə bəzədildi

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, Ərdəbilin cümə imamı Həsən Amelinin və onun əlaltılarının Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələrindən sonra Güney Azərbaycan Milli Hərəkatının fəalları hər iki dövlət başçısının şəkilləri və Güney Azərbaycan Milli Hərəkatının təşviqat bayrağı olan posterləri Təbriz şəhərinin müxtəlif yerlərində nümayiş etdiriblər.
Bu aksiya canlı yayımda səsləndirilmiş Həsən Ameli və qulbeçələrinin özlərinə və rəhbərləri Xameneyiyə layiq sözlərinə cavab olaraq həyata keçirilib.
Milli fəallar bu etiraz aksiyası ilə həmin təhqiramiz ifadələrə öz etirazlarını bildirməyə, Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.
image-1 image-2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image