image-reklam-veteninfo
image-000backend

Təbrizdə ana dilində təhsil tələbi ilə bağlı aksiyalar keçirilib

image-reklam-veteninfo
Vətəninfo.az xəbər verir ki, 23 sentyabr – İranda yeni tədris ilinin başlaması ilə eyni vaxtda başlayan mədəni tədbirlər və alsiyalar davam edir.
Mədəni fəallar təhsilin fars dilində keçirilməsinə və Azərbaycan dilində təhsilə qadağaya etirazlarını bildirirlər.
Təbriz küçələrinin divarlarında “türk dilində mədrəsə, olmalıdır hərkəsə”, “ana dilimizi qoruyaq”, “dilim ölsə mən də ölləm”, “Azadlıq, Ədalət, Milli hökumət” və başqa bu məzmunlu şüarlar yazıb, qrafitilər çəkiblər.
Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni tədris ilinin başlanması ilə bağlı oxşar tədbirlər keçirilir.
İran Konstitusiyasının 15-ci maddəsinə görə, qeyri-fars dillərinin tədrisi və mediada istifadəsi sərbəst elan olunsa da, İran hökuməti 44 ildır ki, müxtəlif bəhanələrlə bu qanunun icrasına mane olub və on milyonlarla azərbaycanlını öz ana dilində təhsil hüququndan məhrum edib.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki