image-1backend

Təbrizdə İran prezidenti və xarici işlər naziri ilə son vida mərasimi keçirilir

image-reklam_sirab_01

Helikopter qəzası nəticəsində həlak olan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Əbdolahianın vida mərasimi ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, yürüşdə bir neçə min insan iştirak edir. Böyük əksəriyyəti yas paltarındadır. Dəfn mərasimlərinin İranın digər şəhərlərində də keçiriləcəyi qeyd edilib. Təbrizdən sonra həlak olanların nəşləri   paytaxt məscidində ümumi anım namazı üçün Tehrana göndəriləcək. Rəisi doğulduğu Məşhəd şəhərində, İmam Rzanın məqbərəsində dəfn olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki