image-1backend

TƏCİLİ!!! Əsirlikdə olan 2 hərbçimiz vətənə qaytarıldı – FOTOLAR, VİDEO

image-reklam_sirab_01

Ermənistanda əsirlikdə olan hərbçilərimiz, Hüseyn Axundovla Aqşin Bəbirov azad edilib.

Hər iki əsgərimiz bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb. Sonradan onlar Ermənistan tərəfindən əsir götürülüb və hərbçilərə qarşı saxta ittihamlar irəli sürülüb.

Dekabrın 7-i isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Vətəninfo.az Musavat.com istinadən  xəbər verir ki, bu gün razılaşma əsasında hərbçilərin dəyişdirilməsi baş tutub.

s2.jpg (250 KB)

Qeyd edək ki, Ermənistana qaytarılan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

s5.jpg (301 KB)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image