image-reklam-veteninfo
image-1backend

Tehran “İraqın və Suriyanın nüvə istəyindən” niyə nəticə çıxartmadı?

image-reklam-veteninfo
7 iyun 1981-ci ildə İsrail Hərbi Hava Qüvvələri Bağdad yaxınlığındakı frans;z mütəxəssislərin inşa etdiyi “Osirak” nüvə reaktoruna dağıdıcı zərbə endirdilər. Reyddə altı F-15 təyyarəsinin müşayiəti ilə səkkiz F-16 qırıcısı iştirak edib. Bombalama reaktoru tamamilə sıradan çıxardı.
İsrail 1959-cu ildən İraqın nüvə silahı əldə etmək cəhdlərini diqqətlə izləyirdi. Həmin vaxt İraq və SSRİ arasında nüvə enerjisi sahəsində texniki əməkdaşlıq haqqında ilk saziş imzalanmışdı. 1968-ci ildə İraqda elmi araşdırmalar üçün aşağı gücə malik nüvə reaktoru işə salındı. Onun köməyi ilə atom bombası istehsal etmək mümkün deyildi.
1975-ci ildə İraq lideri Səddam Hüseyn daha güclü reaktor tikmək xahişi ilə Moskvaya səfər etdi. Sovet rəhbərliyi buna prinsipial olaraq “hə” desə də, lakin layihənin MAGATE-nin nəzarəti altında həyata keçirilməsi şərtini irəli sürdü. Səddam bundan qəti razı deyildi – o, beynəlxalq müfəttişləri özünün nüvə reaktoruna buraxmaq fikrində deyildi. 1976-cı ildə Səddam Hüseyn Fransanın baş naziri Jak Şirakla İraq üçün böyük gücə malik “dinc məqsədli” nüvə reaktorunun tikintisi ilə bağlı razılığa gələ bildi.
1980-ci ildə Fransada reaktorun tikintisi başa çatdırıldı və o, montaj edilmək üçün İraqa çatdırıldı, Bağdad yaxınlığındakı səhraya yerləşdirildi.
1980-ci ilin avqustunda reaktorun test rejimində işə salınmasından ruhlanan Səddam Hüseyn “İsraili yer üzündən silmək” hədəsi ilə indiyə qədər görünməmiş bir bəyanatla öz partiya yoldaşları qarşısında sərt çıxış etdi.
Bundan sonra İsrail hökuməti ciddi tədbir görmək qərarına gəldi. Sentyabrın 14-də İsrailin baş naziri qapalı iclas keçirdi və orada İraq reaktorunun məhv edilməsi üzrə əməliyyatın keçirilməsi barədə qərar qəbul edildi. İki həftə sonra bu qərar hökumətin qapalı iclasında təsdiqləndi.
1981-ci il iyunun 7-də günorta saat dörd radələrində İsrail təyyarələri Sinay yarımadasındakı hərbi aerodromdan havaya qalxdılar. Pilotlar İordaniya və Səudiyyə Ərəbistanının hava məkanı üzərindən keçərək İraqda reaktora olduqca aşağı hündürlükdə, (cəmi 30 metr) yaxınlaşdılar ki, hava hücumundan müdafiə sistemləri tərəfindən görünməsinlər. Bombalanma anı F-16-lar qəfil yuxarı qalxdılar və reaktorun beton istehkamlarına nüfuz edə bilən 16 bomba atdılar. Nəticədə nüvə reaktoru ciddi zədə aldı və sonradan fransız mürəxəssislər tərəfindən bərpa üçün yararsız hesab edildi. Rəsmi Baqdad bu işləri təxirə saldı, çünki İranla müharibə getdikcə qızışırdı. Həmin 8 illik müharibə başa çatandan sonra yenidən “nüvə” yadına düşdü, amma az keçmədi ki, bu dəfə Küveyti işğal etmək və varlanmaq planına baş vurdu, daha sonra başı müharibələrdən, sanksiyalardan ayılmadı…
Beləcə İraqın nüvə proqramı tarixə qovuşdu…Təqribən 26 il sonra İsrail Yaxın Şərqdə “nüvə obyektinin sıradan çıxarılması” ilə bağlı yeni bir əməliyyat keçirməli oldu. Amma bu əməliyyatı 11 il sonra təsdiqdi.
2018-ci il martın 21-də İsrail gözlənilmədən “Suriya səhrasındakı nüvə reaktoruna havadan hücumla bağlı” məlumatın məxfiliyini ləğv etdi və məlum oldu ki…
2007-ci il sentyabrın 5-dən 6-na keçən gecə İsrail aviiasiyasının güclü zərbəsi ilə Suriyanın nüvə layihəsinin mərkəzi hissəsi olan tədqiqat kompleksi darmadağın edilib. Kompleks İraqla sərhəddə Deyr əz-Zor bölgəsindəki səhrada yerin altında yerləşirdi. Yerin üstündəki tikili isə Suriyanın Kənd Təsərrüfatının İnkişafı üzrə Ərəblərarası Elmi Assosiasiyasına məxsus idi.
Bəs İsrail hökuməti nədən həmin əməliyyatı o zaman açıqlamamışdı. Hazırlanan bütün ssenarilərdə əməliyyatdan sonra Əsədin cavab məqsədi ilə İsrailə hava hücumu ediləcəyi ehtimalı yüksək olub. Ona görə də bunu gizli saxlayıblar, rəsmi Dəməşq də səsini çıxarmayıb. Amma Tel-Aviv elə edib ki, bundan İran xəbər tutsun, çünki bu əməliyyat əslində rəsmi Tehran üçün “dinc nüvə proqramımdan” kənara çıxmamaq siqnalı idi.
İlham Şaban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki