Vətəninfo.az “Eco İran” saytına istinadən xəbər verir ki, İranın yol və şəhərsalma nazirinin xüsusi nümayəndəsi Həsən Mirşəfi Azərbaycanla Taliban arasında “Lacivərd dəhliz”ə dair razılaşmaları şərh edib. Onun sözlərinə görə, dəhlizlə bağlı aparılan razılaşmalara əsasən, İranın Əfqanıstanın tranzit marşrutlarından çıxarılması ehtimalı var.
Həsən Mirşəfi iddia edib ki, “Lacivərd dəhliz” iqtisadi baxımdan İran marşrutundan daha qənaətcil deyil. Çünki nəqliyyat növlərinin dəyişdirilməsi maliyyə xərclərini artırır. Digər tərəfdən İran rəsmisi qeyd edib ki, Tehran Kabilin infrastruktur layihələrinə 6 milyard dollar sərmayə qoyub.