Tehranın şəhərinin İnqilab prokuroru Əli Salehi dövlət banklarının birində 3 trilyon tümənin (121 milyon 566 min 861 ₼) mənimsənildiyini açıqlayıb.
O, müttəhimin adını çəkmədən bildirib ki, şübhəli İranı tərk etməzdən öncə ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi tərəfindən həbs edilib.
Məlumata görə, ETTELAAT əməkdaşları tərəfindən saxlanılan şəxs Qərb ölkələrinə getməyə çalışırmış.