Vətəninfo.az Tehran Times-ə istinadən xəbər verir ki,: “Pandora qutusunun açılması Amerika hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək”. İran silahlı qüvvələri Amerika prezidenti Donald Trampın təhdidləri fonunda ABŞ-ın eskalasiyası halında ölkənin hər yerində raketləri atmaq üçün hazırlayıb. Bu barədə Tehran Times qəzeti yazır. Nəşrin məlumatına görə, xeyli sayda raket hava zərbələrinə tab gətirə bilən yeraltı bazalarda yerləşdirilir. Martın 30-da NBC News telekanalına müsahibəsində Tramp tərəflər İranın nüvə proqramı ilə bağlı saziş bağlamazsa, İranı görünməmiş partlayışlarla hədələyib. O qeyd edib ki, Amerika və İran rəsmiləri danışıqları davam etdirirlər.