image-reklam-veteninfo
image-98d77879-12a6-4b82-a6b6-5a5d41ed166dbackend

Tehranda mühüm görüş: İran və Ermənistan XİN başçıları bir araya gəldi

image-reklam-veteninfo

İranın paytaxtı Tehranda Ermənistan və İran xarici işlər nazirləri arasında görüş keçirilib.

Vətəninfo.az xəbər verir ki, Tehranda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçı ilə bir araya gəlib.

Görüş barədə məlumatı İranın xarici işlər naziri Abbas Əraqçı öz “Telegram” kanalında paylaşıb.

Tərəflərin görüş zamanı hansı məsələləri müzakirə etdiyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Görüşün regionda diplomatik təmasların intensivləşdiyi bir vaxtda keçirilməsi diqqət çəkib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki