image-5backend

Tehranda türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək

image-reklam_sirab_01

Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, bu haqda Təbriz şəhər meri Yaqub Huşyar bildirib.
“Festivalın təşkilində əsas məqsəd yerli və xarici investorların diqqətini maksimum cəlb etməkdir. Tədbirdə Ərdəbil, Urmu, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması bölgəyə sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına ciddi təsir edəcək”,- o, bildirib.
Qeyd edək ki, xüsusilə son vaxtlar İran hökuməti Güney Azərbaycanda təşəbbüsü milli fəalların əlindən almaq və Azərbaycan Respublikasının mədəniyyət və incəsənət sahəsindəki təsirini azaltmaq məqsədi ilə belə təşəbbüslərə əl atır.
Bir neçə gün öncə Şərqi Azərbaycan əyalətinin İrşad və Mədəniyyət Təşkilatı İranda türk dilində kitabların çapı ilə bağlı deyib ki, İranda yalnız Təbrizin danışıq ləhcəsində yazılan kitabların nəşrinə icazə veriləcək.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki